30 min hərbçi, yüzlərlə təyyarə, hərbi gəmilər... -

İki gün əvvəl Norveçdə başlayan NATO-nun irimiqyaslı hərbi təlimlərinə çox sayda F-35 təyyarələri də cəlb edilib.

Metbuat.az xəbər verir ki, təlimlərə ümumilikdə yüzlərlə döyüş təyyarəsinin qoşulduğu deyilir. Həmçinin, 30 min hərbçinin iştirak etdiyi məşqlərdə hərbi gəmilər də tapşırıqlar yerinə yetirir. Məlumata görə, təlimlərdə NATO ölkələri ilə yanaşı Finlandiya və İsveç hərbçiləri iştirak edir. Ukraynada Rusiya ordusunun hərbi əməliyyatlar keçirdiyi vaxta təsadüf edən təlimlərin məqsədinin müdafiə xarakterli olduğu diqqətə çatdırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR