Kanadada yaşayan Azərbaycan əsilli yazıçı vəfat edib

Azərbaycan əsilli iranlı şair-yazıçı Rza Bərahani 86 yaşında Kanadanın Toronto şəhərində vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə yazıçının oğlu Oktay Bərahəni instaqramda məlumat verib.

Qeyd edək ki, Rza Bərahani 1935-ci ildə Təbriz şəhərində anadan olub. O, Cənubi Azərbaycandakı ana dili hərəkatının əsas nümayəndələrindən biri kimi tanınır. Sonralar yazıçı Kanadada məskunlaşıb və 2001-2003-cü illərdə Kanadanın “Pen Klubu”nun sədri vəzifəsində fəaliyyət göstərib.

Qeyd edək ki, Rza Bərahani "Nobel" mükafatına namizəd göstərilib, lakin namizədliyi geri götürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR