Rusiya MN: Ukraynanın hərbi hava

Ukraynanın hərbi hava qüvvələri və hava hücumundan müdafiə sistemi Rusiyanın xüsusi əməliyyatı nəticəsində demək olar ki, tamamilə məhv edilib.

Metbuat.az-ın məlumatına görə, bunu Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi Sergey Rudskoy bildirib.

“Ukraynanın dəniz qüvvələri artıq mövcud deyil”, -deyə Rudskoy əlavə edib.

Generalın sözlərinə görə, Ukraynanın demilitarizasiyası əməliyyatı hərbi infrastruktur obyektlərinə, birləşmələrin və hərbi hissələrin yerləşdiyi yerlərə, aerodromlara, komanda məntəqələrinə, arsenallara və silah və hərbi texnika anbarlarına yüksək dəqiqliklə zərbələr endirməklə yerinə yetirilir.

“Belə ki, fevralın 24-də Ukrayna ordusunda xidmətdə olan 2416 tank və digər döyüş zirehli texnikasından 1587-si məhv edilib.

152 hərbi təyyarədən 112-si, 149 helikopterdən 75-i, 36 Bayraktar TB2 pilotsuz təyyarəsindən 35-i, 180 S-300 və Buk M1 pilotsuz təyyarəsindən 148-i, müxtəlif təyinatlı 300 radiolakasiya stansiyasından 117-si məhv edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR