Damla bu dəfə qaynar qazana girdi -

Müğənni Damla (Məsumə Əliyeva) sosial şəbəkə paylaşımları ilə gündəmdən düşmür.

Metbuat.az Baku.ws-ə istinadən xəbər verir ki, sonuncu dəfə Rusiyanın Sankt-Peterburq şəhərindəki qış-turizm mərkəzlərindən birində dincələn sənətçi bu dəfə qaynar qazanda görüntülərini paylaşıb.

Damlanın alovun üzərində və içərisi otla dolu qazana girməsi hər kəsi təəccübləndirib. İfaçının bu görüntüləri də o biri videoları kimi xeyli müzakirələrə səbəb olub.

Damlanın sözügedən görüntülərini təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR