Türkiyə millisi evdə İtaliyaya uduzub

Futbol üzrə Türkiyə millisi yoldaşlıq oyunu keçirib.

Metbuat.az xəbər verir ki, "ay-ulduzlular" evdə İtaliya yığmasına 2:3 hesabı ilə məğlub olublar.

Görüşdə Cengiz Ünder 4-cü dəqiqədə fərqlənib. 35-ci dəqiqədə Brian Kristante tarazlığı bərpa edib. Cəmi 4 dəqiqə sonra Cakomo Raspadori 2-ci topu Türkiyə millisinin qapısından keçirib. 22 yaşlı hücumçu 69-cu dəqiqədə dubl edib. Görüşdə son nöqtəni isə Serdar Dursun qoyub. "Fənərbağça"nın forvardı 83-cü dəqiqədə Çağlar Söyüncünün ötürməsini qola çevirib.

Qeyd edək ki, Türkiyə və İtaliya yığmaları pley-off mərhələsində müvafiq olaraq Portuqaliya və Şimali İrlandiyaya uduzaraq DÇ-2022-dən kənarda qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR