Azərbaycanın daha 5 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha 5 cüdoçusu Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqədə mübarizəyə başlayacaq.

Metbuat.az xəbər verir ki, kişilərin yarışında 73 kq-da çıxış edən Rüstəm Orucov 1/16 finalda Denislav İvanov (Bolqaristan) / Hektor San Roman Çaves (Kuba) cütünün qalibi ilə qarşılaşacaq. Bu çəki dərəcəsindəki digər cüdoçu Telman Vəliyev təsnifatda Coşua Qrini (İrlandiya) sınağa çəkəcək.

81 kq-da yarışan Elcan Hacıyev və Murad Fətiyev mübarizəyə təsnifatdan başlayacaqlar. Onlar müvafiq olaraq Jim Heyjman (Hollandiya) və Kedrik Kalonqa (Konqo Demokratik Respublikası) ilə üz-üzə gələcək.

Qadınların mübarizəsində isə 70 kq-da yer alan Günel Həsənli 1/16 finalda Lidya Brançeva (Bolqarıstan) ilə görüşəcək.

Kişilər

73 kq

1/16 final. Rüstəm Orucov - Denislav İvanov (Bolqaristan) / Hektor San Roman Çaves (Kuba) cütünün qalibi
Təsnifat. Telman Vəliyev - Coşua Qrin (İrlandiya)

81 kq

Təsnifat. Elcan Hacıyev - Jim Heyjman (Hollandiya)
Təsnifat. Murad Fətiyev - Kedrik Kalonqa (Konqo Demokratik Respublikası)

Qadınlar


70 kq

Günel Həsənli - Lidya Brançeva (Bolqarıstan)

Qeyd edək ki, ilk yarış günündə tatamiyə çıxmış 7 cüdoçudan heç biri medal qazana bilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR