Türkiyəyə qarşı plan iflasa uğradı:

“10 il gözləyə bilmərik və bu kimi şeylərə milyardlarla dollar xərcləməyimizə ehtiyac yoxdur”.

Metbuat.az xəbər verir ki, ABŞ-ın Dövlət katibinin köməkçisi Viktoria Nuland Vaşinqtonun İsrail təbii qazının Avropaya nəqlini nəzərdə tutan "EastMed” layihəsindən çəkilməsini belə şərh edib. O bildirib ki, təbii qazın Avropaya nəqli üçün daha uyğun plana ehtiyac var.

Qeyd edək ki, İsrail təbii qazının Avropaya nəql edilməsinin ən uyğun yolu Türkiyə üzərindən keçməsidir. Prezident Rəcəb Tayyib Ərdoğan bunu dəfələrlə bəyan edərək, region ölkələrini əməkdaşlığa dəvət etmişdi. "EastMed” layihəsi isə İsrail təbii qazını Yunanıstan üzərindən Avropaya nəqlini nəzərdə tuturdu.

Xarici KİV-lərin iddiasına görə, Rusiyaya qarşı sanksiyalardan sonra region ölkələri İsrail təbii qazının Türkiyə üzərindən keçməsinə razılıq verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR