İraqda ABŞ hərbçilərin də olduğu Ayn əl-Əsəd hərbi bazasına hücum olub.

Metbuat.az xəbər verir ki, hücum raketlərlə və PUA-larla təşkil edilib. Məlumata görə, hava hücumundan müdafiə sistemləri hücumun qarşısını alıb. Hücum zamanı iki PUA və iki raket zərərsizləşdirilib. Hücumdan sonra bölgədə silah səsləri eşidilib. Fəsadlar barədə məlumat yoxdur.