Arıqlamağa mane olan başlıca səbəb bəlli oldu

Amerikalı diyetoloqlar Liza Yanq və Trista Bestin qənaətinə görə, stress və pis qidalanma arıqlamağa mane olan əsas vərdişlərdir.

Metbuat.az xəbər verir ki, mütəxəssislərin bu barədə rəyi “Eat This, Not That!” nəşrində yayımlanıb.

Yanq qeyd edib ki, arıqlamaq istəyən insanlar fəstfud, şokolad və ya qazlı içkilər kimi zərərli qidaların porsiya ölçülərinə diqqət yetirməlidir. Bunun səbəbi şəkər, duz və yağda yüksək olan lazımsız qidaların qarın bölgəsində artıq piylərin yığılmasını sürətləndirməsidir.

Diyetoloq həmçinin yuxuya kifayət qədər vaxt ayırmağı və stressdən qaçmağı məsləhət görür. Fakt budur ki, stress kortizol hormonunun artması səbəbindən qarın yağının miqdarını artıra bilər. Yanqın fikrincə, stress və yuxusuzluq həddindən artıq yeməyə səbəb ola bilər.

Trista Best isə qeyd edib ki, salata yağ əvəzinə yüngül souslar əlavə etmək lazımdır: “Yüksək yağlı məhsulları tamamilə kəsmək və ya istifadə etdiyiniz yağ miqdarını azaltmaq üçün limon suyu və ya sirkədən istifadə etmək yaxşı olar”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR