Rusiyanın raket arsenalı sürətlə tükənir

Rusiya ordusu müharibə başlayandan Ukraynaya 1300 raket zərbəsi endirib.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyindən açıqlama verilib. Bildirilib ki, bu rəqəm Rusiyanın raket ehtiyatlarının ən azı yarısından istifadə etdiyini deməyə əsas verir. Ukraynaya atılan raketlər hava, dəniz və quru tipli raketlərdir. Açıqlamada bildirilir ki, sanksiyalardan sonra Rusiyanın raket istehsalında istifadə etdiyi bəzi vasitələrin idxalında çətinliklə üzləşib. Hazırda Rusiya bir müddət əvvəl aldığı komponentlərdən istifadə edir. Ehtiyatlar bitəndən sonra Moskva yeni raketləri istehsal etməkdə çətinliklə üzləşəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR