Rusiyanın hədələri nəticə vermir:

“Finlandiyanın və İsveçin NATO-ya üzv olmaq üçün müraciəti çox yaxşı qarşılanacaq və üzvlük prosesi qısa müddət ərzində tamamlana biləcək”.

Metbuat.az xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq belə açıqlama verib. O bildirib ki, bu ölkələrin hərbi arsenalı NATO-nun hərbi arsenalına uyğundur. Həmçinin İsveç və Finlandiya NATO ilə birlikdə təlimlərdə iştirak edib.

Qeyd edək ki, Rusiya İsveç və Finlandiyaya NATO-ya üzv olmaq üçün cəhd edəcəyi təqdirdə nəticələrinin olacağı barədə xəbərdarlıq etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR