Zelenskinin jaketi rekord məbləğə satıldı

Ukrayna Prezidenti Volodimir Zelenskinin jaketi Londonda 90 min funt-sterlinqə (110 min dollar) satılıb.

Metbuat.az “The Daily Telegraph”a istinadən xəbər verir ki, satışlar başlamazdan əvvəl Böyük Britaniyanın Baş naziri Boris Conson auditoriya qarşısında çıxış edərək, potensial alıcıları daha fəal şəkildə təklif verməyə çağırıb. Lotun ilkin dəyəri 50 000 funt sterlinq (61 000 dollar) olub.

Bundan başqa, aprelin əvvəlində Kiyevə səfəri zamanı Consona hədiyyə edilən keramika xoruzu da hərraca çıxarılıb.

Yığılan vəsait Ukraynaya humanitar yardım göstərmək üçün istifadə ediləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR