Rusiya ordusu Xarkov vilayətini ATƏŞƏ TUTDU

Rusiya ordusu Xarkov vilayətində Boqoduxovu növbəti dəfə atəşə tutub.

Metbuat.az xəbər verir ki, bu barədə Xarkov Vilayət Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, faktla bağlı müharibə qanunlarının və adətlərinin pozulması (Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 1-ci hissəsi) ilə bağlı ibtidai istintaq başlayıb.

Qeyd olunub ki, atəş nəticəsində dörd yük maşını və bir qeyri-yaşayış binası yanıb.

Bundan başqa, yerli iş adamına məxsus 9 avtomobilə də ziyan dəyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR