Azərbaycan "Avroviziya"nın II yarımfinal mərhələsində çıxış edəcək

Bu gün İtaliyanın Turin şəhərində yerləşən “Pala Alpitur” arenasında “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək.

Metbuat.az xəbər verir ki, ikinci yarımfinalda aşağıdakı 17 ölkənin təmsilçisi - Azərbaycan, Avstraliya, Belçika, Kipr, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, İrlandiya, İsrail, Malta, Monteneqro, Şimali Makedoniya, Polşa, Rumıniya, San Marino, Serbiya və İsveç çıxış edəcək.

Azərbaycanı “Fade to back” mahnısı ilə müğənni Nadir Rüstəmli təmsil edəcək.

“Avroviziya-2022”ni həm müsabiqənin rəsmi yutub kanalı vasitəsilə, həm də İTV telekanalının efirindən izləmək mümkündür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR