Oksana Rəsulova qohumlarını evinə buraxmadı -

Rəqqasə və aktrisa Oksana Rəsulova evinə heç kimi buraxmadığını açıqlayıb.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, Oksana bu barədə “MTV Maqazin” verilişinə danışıb.

Rəsulova oğlu Osmanın sağlamlığı üçün qohumlarını, hətta ən yaxın dostlarını belə evinə buraxmadığını vurğulayıb:

“Osman dünyaya gəldikdən sonra mən evimə heç kimi buraxmıram. Pandemiya dövründən sonra, ümumiyyətlə qohumlarımı belə buraxmıram. Görüşmək istəyirsinizsə, gedək oturaq restoranda, görüşək, yeyib-içək. Çox yaxın dostlarıma da demişəm ki, mənim evimdə uşaq var, pandemiyadır, çalışıram ki, heç kim gəlməsin”.

Ətraflı süjetdə:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR