Ərdoğandan QƏRBƏ ŞOK: Qərarını canlı yayımda açıqladı - "Özünüzü yormayın" / VİDEO

“Türkiyə, Finlandiya və İsveçin NATO-ya üzv olmasına razı olmayacaq. Çünki hər iki ölkənin terror təşkilatlarına qarşı qəti mövqeyi yoxdur”.

Metbuat.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə açıqlama verib. O deyib:

“Terrorçuları bizə təhvil verməyəcəklərini deyirlər. Lap təhvil verəcəklərini açıqlasalar belə, Türkiyə ikinci dəfə eyni səhvi etməyəcək. Əvvəlki rəhbərlik Yunanıstanın NATO-ya üzv edilməsinə razılıq verdi. NATO ölkələri Yunanıstana hər cür dəstəyi verir, bazalar qurur. Biz bunlara necə inana bilərik? İsveç terrorçuların mərkəzidir. Parlamentlərində terrorçular çıxışlar edir. Parlamentlərində PKK tərəfdarı olan nümayəndələr var. Bazar ertəsi günü gələcəklərmiş. Bizi razı salmağa gələcəklər? Özlərini yormasınlar.Türkiyəyə sanskiya tətbiq edən ölkələrin təhlükəsizlik təşkilatı olan NATO-ya üzv olmasına biz “hə” deməyəcəyik”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR