Türkiyə sərt mövqe ortaya qoyub -

“Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olması ilə bağlı sərt mövqe ortaya qoyub, lakin bu, müzakirə ilə həll edilə bilər”.

Metbuat.az xəbər verir ki, Finlandiya Prezidenti Sauli Ninistö belə açıqlama verib. O bildirib ki, Finlandiyanın NATO-ya üzv olması təhlükəsizliklə bağlıdır.

“Rusiyanın ətrafındakı ölkələrə özlərini necə müdafiə edəcəyi ilə bağlı məhdudiyyət qoyması və Ukrayna işğalı bu vəziyyəti qətiləşdirdi. Bunün üçün NATO-ya üzv olmaq qərarını qəbul etdik” - deyə Prezident bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR