Romada səfərdə olan Finlandiyanın Baş naziri Sanna Marin Türkiyənin NATO mövqeyi barədə açıqlama verib.

Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzv olmasına qarşı çıxması danışıqlar yolu ilə həll edilə bilər:

“Məncə indi sakit qalmaq Türkiyə və digər üzv ölkələrlə müzakirələr aparmaq, sual doğuran məsələlərə cavab vermək və səhv davranışları düzəltmək önəmlidir”.

Sanna Marinin sözlərinə görə, NATO-nun Finlandiyada nüvə silahı yerləşdirmək və daimi baza qurmaqplanı yoxdur.

Məlumata görə, İtaliya NATO məsələsində Türkiyə ilə Finlandiya və İsveç arasında vasitəçi olmaq istəyir.