"Türkiyə istədiyini alacaq":

“NATO ölkələri Türkiyənin mövqeyini dəyişmək üçün bəzi güzəştlərə getmək məcburiyyətində qalacaqlar”.

Metbuat.az xəbər verir ki, NATO-nun keçmiş Baş katibi Yaap de Hoop Sxeffer belə açıqlama verib. O bildirib ki, Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmasına qarşı çıxmasının əsas səbəblərindən biri Ankara ilə Vaşinqton arasındakı gərginlikdir. Keçmiş Baş katibin sözlərinə görə, ABŞ-ın Türkiyənin tələblərini yerinə yetirməməsi Ankaranın NATO məsələsində sərt mövqe tutmasına səbəb olub.

Sxeffer hesab edir ki, ABŞ bəzi güzəştlərə hazır olduğunu artıq biruzə verib. O qeyd edib ki, Vaşinqton Türkiyənin F-16 təyyarələri ilə bağlı tələblərini yerinə yetirərək, güzəştlərə başladığını nümayiş etdirəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR