“Türkiyə ilə NATO-ya üzv olmaq haqqında aparılan danışıqlar biraz vaxt alacaq”.
Metbuat.az xəbər verir ki, İsveçin Baş naziri Maqdalena Andersson belə açıqlama verib. O bildirib ki, Ankara ilə danışıqlar hazırda davam edir.
“Bu həftə sonu Prezident Rəcəb Tayyib Ərdoğanla yaxşı və məhsuldar görüşümüz oldu” deyən hökumət başçısı, Türiyə ilə Finlandiyanın da iştirak edəcəyi birgə toplantılar həyata keçirə biləcəklərini qeyd edib.