Mətanət İsgəndərli barışdığı keçmiş gəlini ilə -

Əməkdar artist Mətanət İsgəndərli qalmaqal yaşadığı keçmiş gəlini Canana ilə bağlı paylaşım edib.

Metbuat.az xəbər verir ki, onlar barışdıqdan sonra ilk dəfə bir araya gəlib.

Belə ki, İsgəndərli tədbirlərin birində çıxış etdiyi zaman keçmiş gəlini görüntülərini çəkərək "İnstagram" hesabında paylaşıb.

Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim və keçmiş gəlini Canana ötən ilin oktyabrında boşanıb. Məhkəmə üç uşağı ilk olaraq ataya versə də, apellyasiya şikayətindən sonra uşaqlar anaya qaytarılmışdı. Canana ötən ay Mətanət İsgəndərlidən üzr istədiyini və barışdıqlarını söyləmiş, sənətçi isə bu yaxınlarda onun sözlərini təsdiqlmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR