Vasif Məhərrəmli efirdə göz yaşlarını saxlaya bilmədi:

Müğənni Asif Məhhərmli həyatının ən ağır günündən danışarkən göz yaşlarını saxlaya bilməyib.

Metbuat.az xəbər verir ki, ATV-nin “1 Dəqiqə” proqramının qonaq olan müğənni bildirib ki, həyat yoldaşı rəhmətə gedərkən 7 aylıq övladı da ana bətnində dünyasını dəyişib.

“Övladım yaş yarım olarkən həyat yoldaşımı itirməyim həyatımın ən ağır günü idi. Ondan o tərəfə mənim ağır günüm olmayıb. 2 il sonra da atamı itirdim. El deyimi var, deyirlər ki, atalar övladlarının çiynində həyatdan getsin. Özüm də içində olmaqla valideynlərə arzulayıram ki, gecindən olmaqla övladlarının çiynində getsinlər. Amma ən ağır günüm həyat yoldaşımı itirdiyim gün idi. O anda onu düşünmürsən. Bəlkə də məni qınayarlar, amma bətndə olanı düşünmürsən. Zaman-zaman mənə çox böhtanlar, şərlər atıldı. Hamısına sinə gəldim”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR