İsveç NATO-ya müraciətini geri çəkəcək? -

İsveç mediasında ölkənin NATO-ya üzv olmaq müraciəti ilə bağlı tələsik qərar verildiyinə dair müzakirələr başlayıb.

Metbuat.az xəbər verir ki, ölkənin nüfuzlu şəxsləri məsələ ilə bağlı narahatlıqlarını dilə gətirib. Stokholm Universitetinin Beynəlxalq Araşdırmalar İnstitutunun direktoru Tomas Jonter bildirib ki, insanların çoxu hökumətin tələsik qərar verdiyini irəli sürür. Yerli dairələr hesab edir ki, ictimaiyyət arasında NATO-ya üzv olmaq barədə müzakirələr aparılmadı. Hesab edilir ki, hökumət sentyabrda həyata keçiriləcək seçkilərdən əvvəl bu problemdən yaxa qurtarmaq istəyib.

Yerli media yazır ki, Finlandiyanın NATO-ya üzv olmaq barədə qərar verməsi, İsveçi də oxşar həmlə etməyə təhrik edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR