Sığorta pulunu ala bilməyən sürücülərin DİQQƏTİNƏ! - VİDEO

Baş vərən qəzalar zamanı siğorta şirkətləri və vətəndaşlar arasında tez-tez mübahisələr olur. Buna səbəb tərəflərin məsələnin öz xeyirlərinə həll edilməsinə cəhd etmələridir. Bu isə sonda mübahisəyə və hətta aylarla, bəzən isə illərlə davam edən məhkəmə çəkişmələrinə gətirib çıxarır. Bu tipli problemlərin yaşanmaması üçün müstəqil siğorta ekspertlərinə müraciət etməkdə fayda var. Amma bu zaman da diqqətli olmaq lazımdır.

Baş verən qəzalarda bəzən siğorta şirkətləri ilə vətəndaşlar arasında mübahisələr olur.

Çox vaxt isə bu mübahisələrin sonu məhkəmə ilə bitir. Amma vətəndaşların bu məqamda bilmədikləri bəzi məqamlar var. Sığorta hadisələri zamanı tərəflər arasında yaranan mübahisələrin həll olunması və ortaq mövqenin tapılması üçün və məhkəmələrin uzun prosedur olduğuna görə məhkəmədən öncə müstəqil sığorta ekspertinin cəlb edilməsi vacibdir. Bu barədə sığorta eksperti İlkin İbrahim məlumat verib.

İlkin İbrahimin sözlərinə görə, bu halda da bir sıra problemlərin yaranmamasına görə vətəndaşlar bəzi məqamlara diqqət etməlidirlər. Bəzi sığorta şirkətləri bu haldan xəbərdar olduqları üçün yaranmış vəziyyətdən öz xeyirləri üçün sui istifadə edirlər. Sığorta mübahisəsi yaranan zaman müstəqil ekspertin cəlb olunmasına ehtiyac olanda sığorta şirkətləri hiyləyə əl ataraq tərəflərin qarşısına öz yaxın adamları olan 3-4 nəfər şəxslərin ad-familyasından ibarət siyahı qoyulur. Nəticədə sığortalı sığorta şirkətinin istədiyi eksperti seçir.

Qeyd edək ki, Mərkəzi Bankın reyestrində olan müstəqil sığorta ekpertlərinin fəaliyyəti "Sığorta Fəaliyyəti haqqında" qanunda nəzərdə tutulur. İlkin İbrahim bildirib ki, məsələdə ödənişin kimin tərəfindən edilməsi qanunda aydın şəkildə müəyyən edilmir. Bu zaman ödəniş hər iki tərəfin razılığı əsasında həyata keçirilməlidir. Mərkəzi Bank tənzimləyici orqan olaraq bu məsələlərin uyğun həllini həyata keçirsə sığorta bazarında mübahisələrin sayı çox böyük həcmdə azala bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR