İmişlidə baş verən qəzada iki nəfər yaralanıb

11:17 19 Yanvar 2015
77 Digər
Ölkə mətbuatı
A- A+

İmişlidə yol nəqliyyat hadisəsi baş verib. Milli.Az El Tv-yə (Region Tv) istinadən xəbər verir ki, qəza rayonun Otuziki kəndi ərazisində qeydə alınıb. Ramal Heydərov idarə etdiyi “VAZ-21 09” markalı avtomaşının idarəetməsini itirib. Nəticədə minik maşını yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü və avtomobildə olan sərnişin Elvin Behbudov xəsarət alıblar.  Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/319771.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR