Azərbaycan Qran-Prisində yarışı tərk edən pilotların sayı üçə çatdı

Formula 1 Azərbaycan Qran-Prisində yarışı tərk edən pilotların sayı üçə çatıb.

Metbuat.az xəbər verir ki, “Ferrari” komandasının sürücülərindən sonra “Alfa Romeo”nun pilotu Cou Quanyu da 23-cü dövrədə boliddə yaranan texniki nasazlıq səbəbindən yarışı tərk edib.

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisi “Ferrari” komandası üçün vaxtından əvvəl başa çatıb. Bu komandanın pilotları Karlos Sayns 9-cu, Şarl Lekler isə 20-ci dövrələrdə mübarizəni dayandırıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR