Əmlak Məsələləri Dövlət Xidməti 5 ayda büdcəyə 28 mln manat vəsait köçürüb

Bu ilin yanvar-may aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dövlət büdcəsinə 28 milyon manat vəsait köçürüb.

Metbuat.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, 5 aylıq ödənişin 17,7 milyon manatı özəlləşdirmə, 10,3 milyon manatı isə icarə hesabına təmin edilib.

Hesabat dövründə Dövlət Xidməti 33 özəlləşdirmə hərracı keçirib. Həmin hərraclarda 13 səhmdar cəmiyyətinin səhm paketi, 9 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili, 273 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılmış dövlət əmlakları üzrə 187 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 55 onlayn qoşulma reallaşıb.

Ötən 5 ayda 1 539 yeni icarə müqaviləsi bağlanılıb. İcarə müqavilələrindən 393-ü qeyri-yaşayış, 1 146-sı isə torpaq sahələrinə aid olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR