Gün eynəyi alarkən nələrə diqqət eməliyik? -

Günəş şüalarından qorunmaq üçün istifadə etdiyimiz gün eynəklərini seçərkən diqqət etməli olduğumuz məqamlar var. Ucuz və ya bahalı olmasından asılı olmayaraq gözlərimizə qarşı həssas yanaşmalıyıq.

Cərrah-oftamoloq Pakizə Bayramova Metbuat.az-a bildirdi ki, ultrabənövşəyi şüaların təsiri ilə gözdə onkoloji xəstəliklər belə yarana bilər:

"Ultrabənövşəyi şüalar gözdə, buynuz, konyunktiv qişada patoloji dəyişikliklərə səbəb ola bilir. Hətta bu şüalar səbəbindən gözdə onkoloji xəstəliklərə məruz qala bilərik. Əgər biz təbii gün işığının ultrabənövşəyi şüaları ilə uzun müddət əlaqədə olsaq, gözdə patoloji dəyişiklər baş verir. Təkcə yay deyil, qışda – qarlı havada qoruyucu eynək olmasa, bu zaman da qar korluğu yaranacaq. Bu kimi hallardan qorunmaq üçünsə, gün eynəklərindən istifadə olunmalıdır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR