Venesuela Prezidenti Şəhidlər xiyabanını ziyarət edib

Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro iyunun 17-də Şəhidlər xiyabanını ziyarət edib.

Metbuat.az xəbər verir ki, Prezident Nikolas Maduro Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Azərbaycan Bakının mənzərəsini seyr edən Venesuela Prezidentinə Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR