Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada 1 534 nəfər vaksinasiya olunub.

Metbuat.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 210, ikinci doza vaksinləri sayı 194-dür.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 994-dür. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 136 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 754 921, birinci doza peyvəndlərin ümumi sayı 5 352 473, ikinci doza vaksinlərin sayı 4 852 425 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 301 750, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 248 273 olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR