Putinə ŞOK TƏHDİD: "Bundan sonra diqqətli olsun"

“Finlandiya və İsveçin NATO-ya üzv olmasından sonra Rusiyanın edəcəyi bütün həmlələrə cavab verməyə hazırıq”.

Metbuat.az xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq belə açıqlama verib. O bildirib ki, Rusiya bundan sonra qərar qəbul edərkən diqqətli olmalıdır.

“Yeni strategiyamızda terrorizm təhlükəsizliyimizə ən böyük təhdidlər arasındadır. Finlandiya və İsveçin NATO-ya qoşulmasından sonra Rusiyanın buna qarşılıq verməsinə cavab verməyə hazırıq. Madriddəki zirvədə 70 ildir davam edən əməkdaşlığımızı nümayiş etdirdik” - Stoltenberq deyib.

Qeyd edək ki, Vladimir Putin NATO-nun Finlandiya və İsveçə qüvvələr yerləşdirəcəyi halda cavab veriləcəyini bəyan etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR