Yaxın günlərdə Azərbaycana meymunçiçəyi testləri gətiriləcək -

Azərbaycanda meymunçiçəyinə yoluxma qeydə alınmayıb.

Metbuat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

O bildirib ki, yaxın 2-3 gün ərzində ölkəmiz meymunçiçəyi testləri gətiriləcək:

"Azərbaycan tərəfi Ümumdünya Səhiyyə Təşkilatına meymunçiçəyi virusunu təsbit edən testlərin ölkəyə gətirilməsi üçün ilk müraciət edən dövlətlərdən biri olub. Artıq həmin testlər ÜST-nin Azərbaycandakı nümayəndəsinin rəhbərinə rəsmi şəkildə təhvil verilib".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR