İndoneziyadan diri heyvan idxalı məhdudlaşdırılıb

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, İndoneziya Respublikasının Nusa-Tenqara-Barat, Banka-Belitunq, Banten, Kalimantan-Tenqah, Lampunq, Kalimantan-Barat, Kalimantan-Selatan, Benqkulu, Cava-Barat, Cava-Tenqah, Sumatera-Selatan, Cakarta-Raya, Sumatera-Utara, Cambi, Riau, Sumatera-Barat və Yoqyakarta əyalətlərində dabaq xəstəliyi qeydə alınıb.

Qida Təhlükəsizliyi Agentliyindən Metbuat.az-a verilən xəbərə görə, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə qeyd olunan ərazilərdən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İndoneziya Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR