Alxanlı faciəsindən 5 il

Azyaşlı Zəhra Quliyeva və nənəsinin ermənilər tərəfindən qətlə yetirilməsindən 5 il ötür.

Metbuat.az xatırladır ki, 2017-ci il iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Düşmən təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və nəvəsi 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.

Ermənilərin Alxanlıda törətdiyi qanlı cinayət dünya ictimaiyyətinin kəskin qınağına səbəb olub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR