PSJ-nin yeni baş məşqçisi açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə məlumat Paris klubunun rəsmi saytına dərc edilib.

Belə ki, 55 yaşlı fransalı futbol mütəxəssisi Kristof Qaltye PSJ-nin yeni baş məşqçisi təyin edilib.

Kristof Qaltyenin əvvəlki iş yeri Fransanın “Lill” klubu olub.

O, “Lill” ilə 2020-2021-ci il mövsümündə Fransa Superkubokunu və Fransa çempionluğunu qazanıb.

PSJ-nin yeni baş məşqçisi açıqlandı -