Koronavirusun yeni növü aşkarlandı, yoluxma sayında kəskin artım var -

Dünyada koronavirusa yoluxanların sayında kəskin artım müşahidə olunur.

Metbuat.az xarici KİV-nə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

Onun sözlərinə görə, son iki həftə ərzində COVID-19-a yoluxma halları təxminən 30 faiz artıb.

Qebreyesus qeyd edib ki, bu, koronavirus infeksiyasının omikron ştamının mövcud altnövlərinin yayılması ilə bağlıdır. Eyni zamanda, bu variantın yeni altnövləri də aşkarlanır.

“Avropa və Amerikada əksər hallarda omikron ştamının BA.4 və BA.5 subvariantlarına rast gəlinir”,- deyə Qebreyesus bildirib.

ÜST rəhbəri əlavə edib ki, Hindistanda omikronun daha bir alt növü olan BA.2.75 müəyyən edilib. Hazırda monitorinq aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR