Xalq artistinin oğlunun külli miqdarda cəriməsi var -

Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad etirafı ilə diqqət çəkib.

Metbuat.az Oxu.Az-a istinadən xəbər verir ki, Cahad sosial şəbəkə hesabında izləyicilərin suallarını cavablandırarkən 3 000 manat cəriməsi olduğunu bildirib.

O, izləyicinin “Ən çox nədən qorxursan?” sualına “Azadlıqdan məhrum edilməkdən. Karantin və komendant saatını pozduğuma görə 3000 manat cəriməm var. Azadlıq olmadan yaşaya bilmərəm”, - deyə cavab verib.

Sözügedən paylaşımı təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR