Ronaldo çaşdı-qaldı: Futbol dünyası belə təklif görməyib -

“Mançester Yunayted” klubundan ayrılmaq istəyən Kriştiano Ronaldoya Səudiyyə Ərəbistanı klubu iki illik müqavilə təklif edib.

Metbuat.az xəbər verir ki, bu barədə Portuqaliyanın “TVİ” televiziyası məlumat yayıb. İddialara görə, ərəblər Ronaldoya iki il üçün 250 milyon avro məvacib təklif edib. Məlumata görə, təklif Ronaldonun diqqətini çəkib və hücumçu təklifi nəzərdən keçirir. Klubun adı açıqlanmır.

Məlumata görə, həmin klub Ronaldonu transfer etmək üçün “Mançester Yunayted”ə 30 milyon avro, Ronaldonun menecerinə isə 20 milyon avrotəklif edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR