Azərbaycanda qeydiyyatda olan İİV xəstələrinin sayı açıqlanıb

Azərbaycanda 44 nəfər İnsan immunçatışmazlığı virusuna (İİV) yoluxub.

Metbuat.az xəbər verir ki, bu barədə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2022-ci ilin yanvar-iyun aylarının yekununa dair məlumatda qeyd edilib.

Ümumilikdə 1988-ci ildən Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzində İİV diaqnozu təsdiq olunmuş 9806 nəfər qeydiyyata götürülüb (9485-i Azərbaycan vətəndaşı, 321-i əcnəbi). İİV-ə yoluxanların 6998-i kişi, 2808-i qadındır.

Onlardan 3531-i İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Həmin kateqoriyadan olan şəxslərin 2482 nəfəri hazırda dispanser qeydiyyatındadır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR