İstirahət mərkəzində kütləvi zəhərlənmə:

Nabranda istirahət mərkəzlərindən birində 10 nəfər qidadan zəhərlənib.

Metbuat.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, ilk 5 nəfərə ilkin tibbi yardım göstərilib, digər 5 nəfərə isə hazırda yardım göstərilir:

"Nabrandan qida zəhərlənməsi şübhəsi ilə təcili tibbi yardım vasitəsilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına saat 05:30 radələrində beş nəfər (3-ü uşaq, 2-si yeniyetmə olmaqla) gətirilib. Onlara ilkin tibbi yardım göstərilib və evə buraxılıblar.

11:20 radələrində isə daha beş nəfər (2-si yeniyetmə olmaqla) eyni diaqnozla təcili tibbi yardımla xəstəxanaya yerləşdirilib. Hazırda onların zəruri tibbi xidmət göstərilir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR