Xanımını təhqir etdiyini iddia edən aparıcı İlkin Həsəninin şikayıtçi olduğu dietoloq Ləman Süleymanovanın məhkəməsi baş tutub.
Metbuat.az axşam.az-a istinadən xəbər verir ki, hakim dietoloq Ləman Süleymanovanın günahsız olduğuna qərar verib.
Qeyd edək ki, bir neçə gün əvvəl aparıcı İlkin Həsəni sosial şəbəkədə video-müraciət ünvanlayaraq ailə üzvlərinin təhqir edildiyini və həmin qadının tapılmasını istəmişdi.