Türklərin təklifini rədd edən Suaresdən GÖZLƏNİLMƏZ SEÇİM:

“Atletico”nun hücumçusu Luis Suares Uruqvayın "Nasyonal" klubuna transfer olub.

Metbuat.az xəbər verir ki, bu barədə o özü açıqlama verib. 35 yaşlı hücumçu müqavilənin bütün detallarının razılaşdırıldığını bildirib. Müqavilənin detalları və hücumçunun məvacibi barədə açıqlama verilməyib. Suares imza mərasimi üçün ölkəsinə gedib.

Qeyd edək ki, Suaresi Türkiyə klubları da transfer etmək istəyirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR