"Sürix" - "Qarabağ" oyununun məğlubu Avroliqada

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Sürix" - "Qarabağ" cütünün məğlubunun Avropa Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi bəlli olub.

Metbuat.az xəbər verir ki, bu, "Linfild"dir (Şimali İrlandiya). ÇL-in 2-ci təsnifat mərhələsinin ilk oyununda "Budyo Qlimt"ə (Norveç) 1:0 hesab ilə qalib gələn Şimali İrlandiya təmsilçisi cavab görüşündə 0:8 hesabı ilə uduzub.

Mübarizəni Avropa Liqasının 3-cü təsnifat mərhələsində davam etdirəcək "Linfild" bu mərhələdə "Sürix" - "Qarabağ" cütünün məğlubu ilə qarşılaşacaq.

Avroliqanın 3-cü təsnifat mərhələsinin oyunları 4-11 avqust tarixlərində keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR