35 yaşlı hücumçu Türkiyə nəhənginə keçir -

“Qalatasaray” klubu uruqvaylı hücumçu Edinson Kavanini transfer edir.

Metbuat.az xəbər verir ki, bu barədə “Fanatik” qəzeti məlumat yayıb. Bildirilir ki, tərəflər arasında ilkin razılaşma əldə olunub. Klub Kavani ilə məvacib və bonuslar məsələsini müzakirə edir. Məlumata görə, 35 yaşlı futbolçu ilə danışıqlar müsbət irəliləyir. Bildirilir ki, danışıqların müsbət keçməsində "Qalatasaray"ın uruqvaylı qapıçısı Fernando Musleranın da əməyi olub.

Qeyd edək ki, Kavani “Vilyareal” klubu ilə danışıqlar aparsa da, nəticə əldə edə bilməyib. O, hazırda azad futbolçudur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR