Süd verən anaların döş xərçənginə yoluxma riski daha azdır -

"Süd verən anaların döş xərçənginə yoluxma riski daha azdır".

Metbuat.az xəbər verir ki, bunu mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov deyib. O bildirib ki, ananın övladını südlə bəsləməsi təkcə uşağa yox, anaya da xeyirlidir:

"Ana südü möcüzədir. Elmi sübutlara görə, südün həm uşağa, həm də anaya xeyiri çoxdur. Ana südü ilə qidalanan uşaq qocalığına qədər bunun xeyirini görür. Uşaq ilk 6 ayda ancaq ana südüylə, 2 yaşına qədər isə ana südü ilə bərabər digər qidalarla qidalanmalıdır. Ana südünün tərkibində bilmədiyimiz çoxlu hüceyrələr, xüsusi maddələr var. Ana südü astma, diabet, bir çox xroniki xəstəliklərin qarşısını alır.

Anaya gəlincə, süd verən analar döş xərçənginə daha az yoluxur. Bundan başqa, ananın yenidən hamilə qalmasının qarşısını alır".

Pediatr bildirib ki, süd verən ana özünün sağlamlığına, qəbul etidiyi qidalara diqqət etməkdir. Əgər ana yediklərini təhlil edərək uşağında hər hansı mənfi təsirin olmadığını görürsə, onda istədiyi qidanı qəbul edə bilər:

"Süd verən analar əsasən bol maye qəbul etməlidir".

Gülər Seymurqızı




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR