Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Dinamo"ya uduzan (1:2) "Fənərbağça" azarkeşləri rəqin komandanı qıcıqlandırmaq üçün Putin şüarını səsləndiriblər.
Metbuat.az "NTV Spor"a istinadən xəbər verir ki, UEFA-nın "sarı-lacivərtlər"ə verəcəyi cəza bəlli olub. Belə ki, "Fənərbağça" avrokuboklarda oynayacağı ev matçlarında 10 000 yeri boş buraxmalıdır. Həmçinin klubu pul cəzası da gözləyir.
Məlumata görə, UEFA bu qərarının qısa müddətdə açıqlayacaq.