“İsrail Qəzzada hərbi əməliyyatın bütün məqsədlərinə nail olub” - İsrailin Baş naziri

İsrailin Müdafiə Qüvvələri Qəzza zolağında hərbi əməliyyatın bütün məqsədlərinə nail olub.

Metbuat.az “The Times of Israel”ə istinadən xəbər verir ki, bunları İsrailin Baş naziri Yair Lapid cənub bələdiyyələrinin rəhbərləri ilə görüşündə deyib.

Onun sözlərinə görə, İsrail Qəzzada Fələstinin “İslami Cihad” qruplaşmasına qarşı üç günlük “Sübh” əməliyyatında məqsədinə nail olub. Baş nazir həmçinin bildirib ki, hazırda əməliyyatı davam etdirməyin mənası yoxdur.

Xatırladaq ki, bu gün yerli vaxtla saat 20:00-da Qəzza zolağında atəşkəsin qüvvəyə minməsi barədə məlumat yayılıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR