“Helsinki hakimiyyəti SSRİ tərəfindən Finlandiyaya hədiyyə edilmiş "Bütün dünyada sülh" abidəsini söküb”.
Metbuat.az xəbər verir ki bu barədə yerli "Yle" telekanalı məlumat yayıb .
Nəşrin yazdığına görə, abidə saxlanmaq üçün başqa yerə köçürüləcək. Avqustun 8-də səhər abidə postamentdən çıxarılaraq abidəni Finlandiya paytaxtından aparacaq gəmiyə yüklənib. Bildirilir ki, abidənin yerində piyada səkisinin salınması nəzərdə tutulub. Tikinti layihəsində heykəlin geriyə daşınması nəzərdə tutulmayıb. Abidənin son taleyi daha sonra həll olunacaq.
Qeyd edək ki, Moskva abidəni 1989-cu ildə Fin tərəfinə bağışlayıb.