"Fənərbaxça" və "Sürix" Avroliqanın pley-off mərhələsində -

Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulub.

Metbuat.az xəbər verir ki, ikinci oyun günündə daha 6 cavab görüşü keçirilib..

"Fənərbağça" Çexiyada "Slovaçko"nun qonağı olub. "Sarı-lacivərdlilər" İstanbuldakı ilk matçda rəqibini 3:0 hesabı ilə məğlub etmişdi. Səfərdə 1:1 hesablı heç-heçə qeydə alındığından, Türkiyə təmsilçisi pley-offa yüksəlib.

"Fənərbağça" ilə yanaşı, Finlandiyanın HİK (Helsinki), İsveçrənin "Sürix", İsveçin "Malmö", Kiprin AEK (Larnaka) və Yunanıstanın "Olimpiakos" klubları mərhələ adlayıblar.

Bundan əvvəl İrlandiyanın "Şemrok Rovers" klubu Şimali Makedoniyada "Şkupi"yə 2:1 hesabı ilə qalib gələrək, adını pley-offa yazdırıb. Qonaqlar ilk matçda da qələbə qazanmışdı - 3:1.

20:00. HİK (Helsinki, Finlandiya) - "Maribor" (Sloveniya) - 1:0

21:00. "Slovaçko" (Çexiya) - "Fənərbağça" (Türkiyə) - 1:1

21:00. "Sürix" (İsveçrə) - "Linfild" (Şimali İrlandiya) - 3:0

22:00. "Düdelanj" (Lüksemburq) - "Malmö" (İsveç) - 2:2

22:30. "Slovan" (Bratislava, Slovakiya) - "Olimpiakos" (Yunanıstan) - 2:2

İlk oyun - 1:1

23:00. "Partizan" (Serbiya) - AEK (Larnaka, Kipr) - 2:2



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR