Sarıköklü çayın faydaları

Sarıkök antibakterial və antiiltihab xüsusiyyətlərə malikdir. Ona görə də onun əsasında dəmlənən çay da bu keyfiyyətləri özündə qoruyub saxlayır.

Sarıkök uzun illərdir kulinariya dünyasında çox populyardır. Bununla belə, o, sağlamlıq üçün çoxlu faydalara malikdir.

“MedikForum”a istinadən xəbərə görə, sarıkökün dəri üçün faydalı olduğu sübut edilib, o, antibakterial və iltihab əleyhinə xüsusiyyətlərə malikdir.

Sarıköklü çayın xoş qızılı rəngi var. Yuxarıda qeyd edildiyi kimi, sarıköklü çay bizi infeksiya və iltihabdan qoruyaraq, bakteriya və iltihabla mübarizə aparmaq qabiliyyətinə malikdir.

Bu çay ürək üçün faydalıdır, çünki onun tərkibində arterial təzyiqi və qanda piy göstəricilərini azaldan kimyəvi maddələr var. Çayda olan kurkumin əhval-ruhiyyəni qaldırır və stresdən azad edir. Nəhayət bu çayın mühüm üstünlüyü onun aşağı kalorili olmasıdır. Soyuq sarıköklü çay şirə və ya enerji içkilərini əvəz edə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR